Yevlaxın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Yevlaxın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 16 fevral 2016 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fevralın 17-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Yevlax rayonunun Xaldan və Qarxun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR