Sloveniyaya daxil olan miqrantların sayı 76 mini keçib

Sloveniyaya daxil olan miqrantların sayı 76 mini keçib
# 26 oktyabr 2015 21:38 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 26-ı üçün Sloveniyaya daxil olan miqrantların sayı 76 mini keçib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sloveniya daxili işlər nazirinin müavini Boştyan Şefits bəyan edib.

“Tək ötən həftənin sonunda 25 min qaçqın qəbul etmişik. Bu bizim üçün ağlasığmaz bir rəqəmdir. Heç bir ölkə bu sayda insan axını ilə bacara bilməz”, deyə B.Şefits bildirib.

Onun sözlərinə görə, 48 minə yaxın miqrant artıq Sloveniya ərazisini tərk edib, lakin sərhədyanı düşərgələrdə vəziyyət ağır olaraq qalmaqdadır. “Bütün çətinliklərə baxmayaraq, vəziyyəti nəzarət altında saxlayırıq. Hətta qeydiyyat prosedurunu sürətləndirmişik. Hazırda isə qeydiyyatın bilavasitə qaçqınları daşıyan qatarlarda həyata keçirilməsi barədə düşünürük”, B.Şefits əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR