Masallıda minik avtomobili yanıb, sürücü xəsarət alıb

Masallıda minik avtomobili yanıb, sürücü xəsarət alıb
# 05 iyun 2016 20:57 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR