Siyavuş Novruzov: “Hər bir ölkə Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, hansısa bloka qoşmaq istəyir”

Siyavuş Novruzov: “Hər bir ölkə Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, hansısa bloka qoşmaq istəyir”
# 15 mart 2016 15:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bizi əhatə edən dövlətlərlə iri dövlət arasında baş verən böhrandan sonra Azərbaycanın tərəfdaş olduğu ölkələrlə münasibətlərində hər bir ölkə Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, hansısa bloka qoşmaq istəyir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı deyib. O bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan hökuməti ötən müddətdə çox fəal olub: “Prezidentin rəhbərliyi altında stabil, düzgün, müstəqil xarici siyasətin qurulması nəticəsində çox ciddi şəkildə bu proseslərdə öz mövqeyimizi qoruyub saxladıq. Ötən il Azərbaycanda iki böyük tədbir keçirməklə bunu göstərmiş olduq. Onlardan biri Bakı 2015 I Avropa Oyunları, digəri isə parlament seçkiləri idi. Bunun nəticəsində parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsi doğrudan da gülünc olardı. Əgər hökumət bu cür fəaliyyət göstərməsəydi, o zaman sən parlamentə necə seçilə bilərdin? Digər tərəfdən, nəzərə alsaq ki, Avropa Oyunları zamanı Azərbaycana edilən təzyiqlər, Avropa Parlamentinin ədalətsiz qətnaməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkəmizə qarşı təzyiqləri nəticəsində fəaliyyət göstərmək digər dövrlərdən çox-çox fərqli idi. Azərbaycan hökuməti bu məsələlərdə öz mövqeyini ortaya qoydu. Hətta Ermənistan tərəfindən başlayan təxribatların, ayrı-ayrı dövlətlərin təhrikləri nəticəsində Azərbaycan daxilindəki separat qüvvələrin hərəkətlərinə baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik, iqtisadi inkişaf qorundu”.

S. Novruzov qeyd edib ki, 2015-ci ildə büdcə dolub, insanlar əmək haqlarını, pensiyasını heç bir kəsir olmadan alıb, tikinti-quruculuq, abadlıq işləri davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR