“Bank of Baku” köhnə “Bolkart” sahibləri üçün yeni kampaniyaya start verib

“Bank of Baku” köhnə “Bolkart” sahibləri üçün yeni kampaniyaya start verib
# 08 fevral 2016 13:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 1994-cü ildən etibarən ölkədə geniş müştəri kütləsinə müxtəlif növ maliyyə xidmətləri göstərən “Bank of Baku” bu ay fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, ad gününə özəl, bank müxtəlif müştəri seqmentlərinə yönəlik olaraq silsilə kampaniyalara start verib.

İlk kampaniya köhnə “Bolkart” kredit kart sahibləri üçün nəzərdə tutulub.

“Köhnə Bolkartını Gətir, Yenisini Apar” şüarı altında icra olunan bu kampaniya 9-19 fevral tarixlərini əhatə edəcək. Kampaniya şərtlərinə əsasən bu tarixlər arasında köhnə “Bolkart” kredit kart sahibləri banka yeni “Bolkart” əldə etmək üçün müraciət edərlərsə, kart hesablarına əlavə olaraq 20 manat dəyərində bal qazanacaqlar. Bununla yanaşı, birinci ilin xidmət haqqından azad olunacaqlar. 20 manat ekvivalentində olan ballar məhz ad gününə özəl olaraq qeyd olunan 10 günlük kampaniya dövründə hədiyyə olunacaq.

Kampaniyadan sonrakı dövrdə fevral ayının sonuna kimi isə köhnə “Bolkart”larını yeni “Bolkart” kredit kartları ilə əvəz etmək istəyən müştərilərə bank birinci ilin xidmət haqqından azad olunmaqla rəsmiləşdirmə imkanı verir.

Yeni “Bolkart”ı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə bankın istənilən filialına müraciət edə bilərlər.

Ölkənin ilk hissə-hissə kredit kartı olan “Bolkart” məhsulu haqqında daha ətraflı məlumatla kartın rəsmi internet ünvanından http://www.bolkart.az/ tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR