200 min manatlıq dələduzluğa məruz qalan şəxs apellyasiya şikayəti verəcək

200 min manatlıq dələduzluğa məruz qalan şəxs apellyasiya şikayəti verəcək
# 18 aprel 2017 10:26 (UTC +04:00)

Sabunçu rayon Məhkəməsində məhkəmə qərarını icra etməməkdə təqsirləndirilən Əliyev Zöhrab Zülfi oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Süleyman Ağayevin sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə görə, onun barəsində beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, hökm elan edilə qədər həbs, daha sonra ev dustaqlığında qaldığından cəzası çəkilmiş hesab edilib. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə əvəz edilib.

İttihama görə, Z. Əliyev Səbinə Ələkbərova adlı şəxsdən 200 min manatdan çox pul alıb, lakin qaytarmayıb. S. Ələkbərova məhkəməyə müraciət etdikdən sonra məhkəmə pulun qaytarılması barədə qərar qəbul edib. Lakin Z. Əliyev məhkəmə qərarını icra etmədiyindən onun barəsində cinayət işi başlanılıb. Z. Əliyev məhkəmə zamanı dəfələrlə iclasa gəlməyib. Buna görə əvvəlcə onun barəsində axtarış elan edilib və həbs olunub. On iki gün həbsdə qaldıqdan sonra məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib. S. Əkbərova hökmdən narazı olduqlarını, apellyasiya şikayəti verəcəklərini və bu haqda Məhkəmə-Hüquq Şurasına şikayət olunacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR