UFAZ-a qəbul imtahanında 262 nəfər 600-dən yüksək bal toplayıb

UFAZ-a qəbul imtahanında 262 nəfər 600-dən yüksək bal toplayıb
# 25 iyul 2018 14:40 (UTC +04:00)

Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış 523 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 462 nəfəri imtahanda iştirak edib. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta balı 597 təşkil edib ki, onlardan 262 nəfərinin balı 600-dən yüksəkdir.

Qeyd edək ki, UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru, Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen və digər nümayəndələr imtahan prosesinin müşahidə və ediblər, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR