DGK sədri: "Bəzi problemlər olsa da, proqnoz tapşırığın yerinə yetirilməsinə çalışırıq" - VİDEO

DGK sədri: "Bəzi problemlər olsa da, proqnoz tapşırığın yerinə yetirilməsinə çalışırıq" - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 09:04 (UTC +04:00)

APA-Economics”in verdiyi xəbərə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"Bilirsiniz ki, çətinliklər qlobal iqtisadiyyatda baş verən hadisələrlə bağlıdır. Bununla yanaşı, iqtisadiyyatın müəyyən sektorlarının inkişafı üçün bəzi imtiyazlar verilib ki, bu da bizim üçün çətinliklər yaradır. O cümlədən, azad iqtisadi ticarət zonası çərçivəsində MDB ölkələrinin malları demək olar ki, gömrük rüsumlarına cəlb olunmur. Buna görə, təbii ki, proqnoz tapşırıqların yerinə yetirilməsində problemlər mövcuddur. Lakin nəzarətin gücləndirilməsi, buna qədər məhsul saxlancında olan yüklərin tezliklə rəsmiləşdirilməsi və keçirilən digər tədbirlər nəticəsində proqnoz tapşırığın yerinə yetirilməsinə cəhd olunur", - deyə A. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR