Azərbaycanda kommersiya banklarının xarici borclanması artır

Azərbaycanda kommersiya banklarının xarici borclanması artır
# 10 avqust 2015 06:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 2 165 mln. manat və ya 48,5% artaraq 2015-ci ilin iyul ayının 1-nə 6 629,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə fevralda, bankların xarici öhdəliklərinin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb, fevral ayı ilə müqayisədə mart ayında bu göstərici 130,1 mln. manat və ya 1,74%, mart ayı ilə müqayisədə apreldə 207,6 mln. manat və ya 2,83%, aprel ilə müqayisədə mayda 148,4 mln. manat və ya 2,08%, may ilə müqayisədə iyunda 353 mln. manat və ya 5,06% azalıb.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə bankların xarici öhdəliklərinin həcmi təxminən 1,3 dəfə artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin iyulun 1-nə 4 386,6 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 500,2 mln. manat və ya 51,97% çoxdur. Məcmu xarici aktivlərin həcmində may ayı ilə müqayisədə iyunda 283,3 mln. manat və ya 6,07%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR