Lənkəranda 4 il əvvəl itkin düşmüş qızın meyiti göstərilən yerdən tapılmayıb- YENİLƏNİB

Lənkəranda 4 il əvvəl itkin düşmüş qızın meyiti göstərilən yerdən tapılmayıb- <span style="color: red;">YENİLƏNİB
# 04 yanvar 2017 12:32 (UTC +04:00)

Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına,ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

11.03

Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb.

Rayonun hüquq-mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, 2012-ci ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

T.Ağayevanın meyiti eksqumasiya olunacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR