Formula 1-in 2017-ci il üzrə ən yaxşı ötmə manevri Bakıda icra edilib

Formula 1-in 2017-ci il üzrə ən yaxşı ötmə manevri Bakıda icra edilib
# 10 dekabr 2017 00:09 (UTC +04:00)

Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə manevrinin videosunu paylaşıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, manevr ötən ilin iyununda Bakıda keçirilmiş Formula-1”Azərbayca Qran-Prisində avstraliyalı Daniel Rikkyardo tərəfindən icra edilib.

“Red Bull” komandasının tərkibində çıxış edən pilot D.Rikkyardo eyni vaxtda üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı ötməyə nail olub.

Qeyd edək ki, D.Rikkyardo ümumi hesabda 200 bal toplayaraq, “Formula-1” pilotları arasında 2017-ci il mövsümü üzrə 5-ci yer tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR