Poroşenko: "Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”

Poroşenko: "Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”
# 12 aprel 2018 08:18 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi bu vəzifəyə yenidən seçilməsi ilə əlaqədar təbrik edib.

APA-nın xəbərinə görə, təbrik mesajı P. Poroşenkonun “Twitter” səhifəsində yer alıb.

“İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”.

P. Poroşenko azərbaycanlı həmkarı ilə görüşünü səbirsizliklə gözlədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR