Nazir müavini: “Publik hüquqi şəxsə çevrilən universitetlər indi də dövlət ali təhsil müəssisələridir”

Nazir müavini: “Publik hüquqi şəxsə çevrilən universitetlər indi də dövlət ali təhsil müəssisələridir”
# 07 iyul 2017 14:51 (UTC +04:00)

"Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın dörd dövlət ali təhsil müəssisəsi - Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə, yeni təşkilati hüquqi formaya çevrilib".

Bunu APA-ya açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.


Nazir müavini bildirib ki, bu mövcud qanunvericiliyə əsasən, universitetlərin daha təkmil idarəedilməsi, daha geniş imkanların yaradılması baxımından çox müsbət bir addımdır: "Bakı Mühəndislik Universitetinin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib. Qeyd etdiyim digər üç universitetin yeni nizamnamələri də hazırlanaraq ölkə başçısının sərəncamına təqdim olunacaq".

C. Bayramov qeyd edib ki, publik hüquqi şəxsə çevrilən universitetlər əvvəllər olduğu kimi indi də dövlət ali təhsil müəssisələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR