Kürdəmirdə “Mercedes” aşaraq yanıb

Kürdəmirdə “Mercedes” aşaraq yanıb
# 14 iyul 2018 20:01 (UTC +04:00)

Kürdəmirdə avtomobil aşaraq yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunun Sorsor kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR