DİN: Hacıqabulda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib

DİN: Hacıqabulda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib
# 19 oktyabr 2016 10:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda bir ailənin dəm qazından zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 18-də Hacıqabul şəhərində yaşayan Məcid Ağamalıyev, onun həyat yoldaşı Elmira, oğlu Emil, gəlini Turanə, nəvələri Gülnur, Gülay və qohumu Pərvinə Aslanova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR