ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-1

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 23 yanvar 2017 02:06 (UTC +04:00)

ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Corciya ştatının fövqəladə hallar üzrə agentliyinin nümayəndəsi Ketrin Houdenin sözlərinə görə ,bu gün daha 3 nəfər təbii fəlakətin qurbanı olub.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına yardım göstəriləcəyinə söz verib.

***

20:25

ABŞ-da yanvarın 21-dən tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “The Weather Channel” məlumat verib.

Corciya ştatında qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Təbii fəlakət ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Missisipi ştatının qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.

Məlumata görə, təbii fəlakət həmçinin Luiziana, Alabama və Texas ştatlarında fəsadlar törədib.

***

19:08

Qasırğa ABŞ-ın Corciya ştatında 2 nəfərin ölümünə səbəb olub.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, bundan əvvəl Missisipi ştatında 4 nəfər qasırğanın qurbanı olub.

Qasırğa qurbanlarının hamısı Missisipi ştatının fövqəladə vəziyyət elan edilən Hattisberq şəhərinin sakinləri olub. Missisipi ştatında qasırğa ən azı 20 evi dağıdıb, ən azı 4 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR