Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 30 dekabr 2016 09:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Sultanova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bakı sakinlərinə qarşı 25 min manata yaxın məbləğdə dələduzluq etmiş şəxs Q. Soltanov həbs edilib. Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, vətəndaşların etibarından sui-istifadə edərək, Bakı şəhər sakinləri - İlham Əsədova 15000 manat, Teymur Mustafayevə 12000 ABŞ dolları məbləğində dələduzluq əməli törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR