"Real"ın müdafiəçisi "Bavariya"ya keçib

"Real"ın müdafiəçisi "Bavariya"ya keçib
# 21 yanvar 2020 16:59 (UTC +04:00)

"Real"ın müdafiəçisi Alvaro Odriozola karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, cinah oyunçusu mövsümün ikinci dövrəsini "Bavariya"da keçirəcək.

Klublar 24 yaşlı futbolçunun 6 aylıq icarəyə verilməsində ortaq məxrəcə gəliblər. Bundesliqa təmsilçisinin onu birdəfəlik transfer etmək hüququna malik olub-olmadığı barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Alvaro Odriozola bu mövsüm La Liqada 4 oyunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR