Bakıda Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşü başlayıb

Bakıda Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşü başlayıb
# 27 may 2018 10:55 (UTC +04:00)

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında görüş başlayıb.

APA-nın məlumatına görə, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Fransa XİN rəhbəri Azərbaycan Xalq cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR