"Xalq Sığorta"nın aktivləri 2% azalıb

"Xalq Sığorta"nın aktivləri 2% azalıb
# 23 oktyabr 2017 13:29 (UTC +04:00)

"Xalq Sığorta" ASC-nin aktivləri azalıb.

"APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, "Xalq Sığorta”nın məcmu aktivləri 2017-ci ilin III rübündə 53 mln. 159,988 min manat təşkil edib ki, bu da bu ilin əvvəli ilə müqayisədə 1,8% azdır.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 7 mln. 57,708 min manat, qısamüddətli aktivləri 46 mln. 102,280 min manat təşkil edib.

İlin əvvəli ilə müqayisədə oktyabrın 1-nə şirkətin öhdəlikləri 27,78% azalaraq 6 mln. 774,539 min manat olub. Hesabat dövründə şirkətin uzunmüddətli öhdəlikləri 6 mln. 687,848 min manat, qısamüddətli öhdəlikləri isə 86,691 min manat təşkil edib.

9 ayda şirkətin nizamnamə kapitalı 13,5% artaraq 44 mln. 709,500 min manat təşkil edib.

"Xalq Sığorta" ASC 2005-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR