Boliviyada karnavalın ilk günündə ölənlərin sayı 21 nəfərə çatıb

Boliviyada karnavalın ilk günündə ölənlərin sayı 21 nəfərə çatıb
# 12 fevral 2018 01:55 (UTC +04:00)

Boliviyanın Oruro şəhərində ənənəvi folklor karnavalının ilk günündə müxtəlif insidentlər nəticəsində 21 nəfər ölüb, azı 70 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə polis idarəsinin rəisi Faustino Mendosa bildirib.

Onun sözlərinə görə, Oruro şəhərində qaz balonunun partlaması nəticəsində 8 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb. Bundan başqa, iki qəza nəticəsində daha 13 nəfər ölüb.

Ölənlər arasında 4 uşağın olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR