Çempionlar Liqasının 1/4 final oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Çempionlar Liqasının 1/4 final oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
# 02 aprel 2018 14:26 (UTC +04:00)

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA “Barselona” – “Roma” və “Liverpul” – “Mançester Siti” qarşılaşmalarının təyinatlarını açıqlayıb.

“Nou Kamp”da keçiriləcək “Barselona” – “Roma” görüşündə hollandiyalı Danni Makkiele ədalət təmsilçisi olacaq. İngilislərin duelində isə almaniyalı Feliks Brix fit çalacaq.

Qeyd edək ki, aprelin 4-də baş tutacaq hər iki oyun Bakı vaxtı ilə 22:45-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR