Raketləri kosmosda vura bilən komplekslər İsrail ordusunun istifadəsinə verilib

Raketləri kosmosda vura bilən komplekslər İsrail ordusunun istifadəsinə verilib
# 19 yanvar 2017 19:20 (UTC +04:00)

Ballistik raketləri kosmosda vurmağa qadir olan “Xets-3” komplekslər İsrail ordusunun istifadəsinə verilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, “Xets-3” raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.

Qeyd edək ki, “Xets-3” raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR