ABŞ-ın Gürcüstandakı səfirliyində azərbaycanlı gənclərlə görüş keçirilib

ABŞ-ın Gürcüstandakı səfirliyində azərbaycanlı gənclərlə görüş keçirilib
# 31 yanvar 2017 23:13 (UTC +04:00)

Yanvarın 31-də ABŞ-ın Gürcüstandakı səfirliyində Marneuli Gənclər Mərkəzinin (MGM) və Amerika səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdən olan və Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə səfirliyin İnsan Hüquqları Departamentinin rəsmisi Ryan Koenig ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə MGM-dən məlumat verilib.

Görüşdə tələbələr qarşısında çıxış edən Ryan Koenig tədbir iştirakçılarına ABŞ Konstitusiyası, insan hüquqları haqqında hesabatlar və tarixi sənədlər haqqında ətraflı məlumat verib.

Sonra görüş sual-cavabla davam etdirilib.

Marneuli Gənclər Mərkəzindən verilən məlumata görə, mərkəz ilə səfirlik arasında gələcəkdə azərbaycanlı gənclərin iştirak edəcəyi əməkdaşlığa aid planlar işlənib hazırlanacaq.

Görüş jurnalistlər üçün qapalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR