Ötən il Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 552 mln. manatlıq kredit verib

Ötən il Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 552 mln. manatlıq kredit verib
# 07 mart 2017 10:08 (UTC +04:00)

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Əmanətlərin Sığortalanması Fonduna verilən kreditlərin məbləği açıqlanıb.

"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, 2016-cı il ərzində 11 bankın, o cümlədən "Bank Standard" QSC-nin lisenziyalarının ləğv olunması qorunan əmanətlərin kompensasiyası ilə bağlı maliyyə mənbələrinin tapılması məsələsini aktuallaşdırıb.

"Əmanətçilərin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi ilə bağlı 2016-cı il ərzində AMB Əmanətlərin Sığortalanması Fonduna 552,3 mln. manat məbləğində uzunmüddətli kredit verib", - deyə hesabatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR