ANS-in “Abşeron” serialı ilə bağlı apellyasiya şikayətinin vaxtı məlum olub

ANS-in “Abşeron” serialı ilə bağlı apellyasiya şikayətinin vaxtı məlum olub
# 30 mart 2017 10:01 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qərarından verdiyi şikayətə baxılacaq. APA-nın xəbərinə görə, məhkəmə iclası aprelin 10-da hakim Vidadi Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 23 dekabr 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə “ANS Müstəqil Yayım və Media” Şirkəti arasında “Abşeron” serialının çəkilişi üçün ayrılmış dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi üçün qaytarılmasına dair şikayətlə bağlı iclas keçirilib. Məhkəmədə MTRŞ-nın iddiası təmin olunub.

MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR