Sumqayıtda yanğın olub, 14 nəfər təxliyə edilib

Sumqayıtda yanğın olub, 14 nəfər təxliyə edilib
# 30 noyabr 2017 07:33 (UTC +04:00)

Sumqayıtda yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR