Azərbaycan 5 ölkə ilə enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacaq

Azərbaycan 5 ölkə ilə enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacaq
# 31 yanvar 2018 11:55 (UTC +04:00)

Azərbaycan 5 ölkə ilə enerji və energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Belə ki, "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İndoneziya Respublikası Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihəsi hazırlanıb. Adıçəkilən sənəd layihəsinə hazırda İndoneziya tərəfində baxılmaqdadır.

Həmçinin, “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Gürcüstanın Energetika Nazirliyi arasında elektroenergetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi hazırlanıb və qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib.

Bundan başqa, “Türkmənistan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində gələcək əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu” layihəsi də dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə göndərilib.

Eyni zamanda, "Azərbaycan və Mərakeş Krallığı hökumətləri arasında enerji sahəsində Anlaşma Memorandumu” layihəsi də dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib.

Qeyd edək ki, İraq tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında İraq Respublikasında neft və qaz layihələrinin inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinə Azərbaycan tərəfində baxılaraq əlavə və dəyişiklər edilib, sənəd qarşı tərəfə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR