Azərbaycanın ən iri dərman təchizatçısı kapitalını artırır

Azərbaycanın ən iri dərman təchizatçısı kapitalını artırır
# 03 noyabr 2016 08:11 (UTC +04:00)

Azərbaycanın ən iri dərman təchizatçılarından biri olan "Avromed Company" nizamnamə kapitalını artırır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, palata tərəfindən "Avromed Company" QSC-nin hər birinin nominal dəyəri 50 manat olan 1 140 ədəd adi səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatından keçib.

Bununla "Avromed Company" şirkətinin nizamnamə kapitalları 57 min manat artacaq.

Qeyd edək ki, "Avromed Company" Azərbaycan ərazisində fəaliyyət göstərən 2 000 aptekin təchizatçısıdır. Şirkətin işçilərinin sayı 1150-dən çoxdur.

QSC dünyanın aparıcı əczaçılıq şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana idxal olunması və bütün ölkə ərazisində müxtəlif kateqoriyalardan olan alıcılara çatdırılması ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR