Gədəbəydə ev yanıb

Gədəbəydə ev yanıb
# 20 sentyabr 2017 16:30 (UTC +04:00)

Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Çiçəkli kəndində ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə, həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR