Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 17 avqust 2017 14:49 (UTC +04:00)

Sumqayıtda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR