Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 07 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 07 Yanvar
# 07 yanvar 2017 17:22 (UTC +04:00)

Medianın vəzifəsi baş verən hadisələri bütün tərəflərin münasibətini öyrənməklə işıqlandırmaq, tamaşaçının vəzifəsi isə nəticə çıxarmaqdır. Tamaşaçının necə nəticə çıxarması bizim prosesə yanaşmağımızdan asılıdır. Obyektiv yanaşmışıqsa, sizlərin çıxardığı nəticə də obyektivolacaq. 10 yaşlı Nurayın başına gələnlərlə bağlı bütün tərəflərə öz mövqelərini ifadə etməyə şərait yaratdıq. Hazırladığımız materiallarda tək subyektiv məqam var - Nurayın zorakılığa məruz qalmış azyaşlı kimi təqdim olunması. Bu da bizim sosial mediada yayımlanan görüntülərdən çıxardığımız nəticədir. Biz hadisənin qurbanını 10 yaşlı qız şəklində təqdim etməklə daha obyektiv olmağa çalışa bilərdik. Amma Nuray sözün əsl mənasında zorakılığa məruz qalmış qurbandır. Onun bu vəziyyətə düşməsində kimdir günahkar sualının isə təxminən iyirmiyədək cavabı var. O cavabların hansının həqiqətə uyğun olduğunu araşdırıb ortaya çıxarmaq təbii ki, müvafiq orqanların üzərinə düşür. Həyata onsuz da 0-2 hesablı məğlubiyyətlə başlayan Nuray qızımızın başına gələnlərdə günahkarların - ata, xala, məhkəmə, məhkəmə icraçıları - fərqi yoxdur, aşkarlanıb cəzalandırılacağına ümid edirik. Ən çətin mərhələ isə bundan sonra başlayır - günahkarın kimliyindən asılı olmayaraq Nurayı cəmiyyətə yenidən qazandırmaq lazımdır. Bu vəzifə isə bizim, yəni cəmiyyətin üzvlərinin üzərinə düşür.

Vüqar HÜSEYNOV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR