Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır
# 09 avqust 2017 08:46 (UTC +04:00)

Sabah 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-u saat 23:29-da başa çatacaq. Bu gün saat 10:30-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 38958 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 35383-ü Azərbaycan, 3575-i isə Rus bölməsinin məzunlarıdır.

İxtisas seçimi edən 38958 abituriyentin 13697 nəfəri 1-ci, 11958 nəfəri 2-ci, 10441 nəfəri 3-cü, 2862 nəfəri isə 4-cü ixtisas qrupu üzrə sənəd verib.

Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir.

Bu gün saat 10:30-dək V ixtisas qrupu üzrə 1411 abituriyent ixtisas seçimi edib. Onlardan 1215-i Azərbaycan, 196-sı rus bölməsinin məzunudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR