Rusiya XİN: Ümid edirik ki, Astana görüşü Suriyada atəşkəsin möhkəmlənməsinə yardım edəcək

Rusiya XİN: Ümid edirik ki, Astana görüşü Suriyada atəşkəsin möhkəmlənməsinə yardım edəcək
# 19 yanvar 2017 14:56 (UTC +04:00)

Rusiya Astanada Suriya ilə bağlı keçiriləcək görüşün ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcəyinə ümid bəsləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ümid edirik ki, Astanada yanvarın 23-də Suriya münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək görüş ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcək və BMT-nin himayəsi altında danışıqlar prosesin başlanması üçün atmosfer yaradacaq”, - deyə Rusiya XİN-in sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR