Xaçmazda 5 yaşlı uşaq məktəbdə yıxılaraq xəsarət alıb

Xaçmazda 5 yaşlı uşaq məktəbdə yıxılaraq xəsarət alıb
# 22 sentyabr 2017 10:55 (UTC +04:00)

Xaçmazda 5 yaşlı uşaq məktəb binasında yıxılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 6 saylı məktəbində qeydə alınıb. Anası ilə məktəbə gələn Xaçmaz rayonu, Qaradağlı kənd sakini, 2012-ci il təvəllüdlü Muradova Məleykə Fərid qızı məktəbin binasında yığılıb. Müxtəlif bədən xəsarətlər alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR