Xızıda bir gündə 140 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda bir gündə 140 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 20 oktyabr 2017 01:00 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, oktyabrın 19-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 140 ədəd partlamamış hərbi sursat (PHS), 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 484 kq yandırma məhsulu aşkar edilərək, nəticə etibarilə 437 480 kv.m (43.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 47 gün ərzində 12 894 ədəd partlamamış hərbi sursat (PHS), 5 338 ədəd partlamış-yanmış sursat qalıqları və 43 241 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 48 014 408 kv.m (4 801 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR