Meksikda baş verən fırtına nəticəsində 4 nəfər ölüb

Meksikda baş verən fırtına nəticəsində 4 nəfər ölüb
# 01 sentyabr 2017 19:49 (UTC +04:00)

Meksikanın Aşağı Kaliforniya ştatında baş verən “Lidiya” fırtınası nəticəsində 4 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, fırtına şiddətli leysanlar ilə müşahidə olunur.

Məlumata əsasən, təhlükəli ərazilərdən azı 1500 nəfər təxliyə edilib.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında baş verən “Harvi” qasırğası nəticəsində 47 nəfər ölüb, azı 20 min insan təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR