Angela Merkel Türkiyənin Aİ üzvlüyünə dair danışıqların başlanmasına qarşı çıxış edib

Angela Merkel Türkiyənin Aİ üzvlüyünə dair danışıqların başlanmasına qarşı çıxış edib
# 30 noyabr 2016 02:37 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel, rəhbərlik etdiyi Xristian-Demokratik Birlik partiyasının qarşısında çıxışı zamanı Türkiyənin Aİ üzvlüyünə dair yeni danışıqların başlanmasının əleyhinə olduğunu bəyan edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat “Bild” qəzatinin noyabrın 30-da dərc ediləcək sayında yer alıb.

Nəşr partiyanın iclasında iştirak etmiş mənbələrə istinadən bildirir ki, bu, müzakirələrin, faktiki olaraq, sona çatması deməkdir.

Bundan başqa bildirilir ki, Merkel bu məlumatı partiyanın Türkiyənin Aİ üzvlüyünə dair mövqeyi ilə maraqlanan seçicilərə çatdırmağı tapşırıb.

Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul edib. Qərar Ankarada sərt reaksiyaya səbəb olub. Türkiyənin baş naziri Binəli Yıldırım sənədin ölkəsi üçün heç hüquqi qüvvəyə malik olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR