UNEC-in Dərbənd filialının rəsmi açılışı olub

UNEC-in Dərbənd filialının rəsmi açılışı olub
# 28 noyabr 2016 14:34 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə videokonfrans keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsind\n APA-ya bildirilib ki, rektor, professor Ədalət Muradov İqtisadi Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubu Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.

Ə. Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyur. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır, deyən rektor vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.

Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər.

Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd filialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb. Nazir Azərbaycan və Rusiya arasında təhsil sahəsində münasibətlərin dinamik inkişaf etdiyini bildirib: “Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR