Dövlət Komitəsi: Bakıda forumda səhhəti pisləşən türkiyəli deputatın səhhəti prezidentin diqqətindədir

Dövlət Komitəsi: Bakıda forumda səhhəti pisləşən türkiyəli deputatın səhhəti prezidentin diqqətindədir
# 16 mart 2018 15:06 (UTC +04:00)

"Ekmeleddin İhsanoğlunun durumu normaldır".

Bunu APA-ya açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.

"Ekmeleddin İhsanoğlunun səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Xəstəxanada həkimlərin peşəkar müdaxiləsi nəticəsində E. İhsanoğlunun vəziyyəti hazırda stabildir, həkimlərin nəzarəti altındadır".

V. Hacıyev onu da bildirib ki, E. İhsanoğlunun sağlıq durumu ölkə prezidentinin diqqətindədir.

Qeyd edək ki, E. İhsanoğlu Qlobal Bakı Forumuna ilk dəfə qatılır.

E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

Mərkəzi Klinik Xəstəxana yerləşdirilən E. İhsanoğlunun infarkt keçirdiyi məlum olub. Onun ürək damarına stent qoyulub. Müalicəsi davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR