Gəncədə kafe yanıb

Gəncədə kafe yanıb
# 04 avqust 2017 12:51 (UTC +04:00)

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 224 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 90 m² və kafeyə bitişik tikilmiş ümumi sahəsi 75 m² olan lambirdən ibarət talvar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR