Misirdə yaşayış binası uçub, ölən və yaralananlar var

Misirdə yaşayış binası uçub, ölən və yaralananlar var
# 03 avqust 2017 23:23 (UTC +04:00)

Misirin Əl-Mansura şəhərində beşmərtəbəli yaşayış binası uçub, ilkin məlumata görə, 3 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, uçan bina uzun müddət qəzalı vəziyyətdə olub. Ölənlər arasında 7 yaşlı qızın da olduğu bildirilir.

Misirdə təhlükəli vəziyyətdə olan 2 milyonadək bina var. 100 mindən çox qanunsuz tikilən binanın sökülməsi barədə qərar verilməsinə baxmayaraq, onların əksəriyyəti hələ də istifadə olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR