Gürcüstanın azərbaycanlı seçiciləri üçün maarifləndirici tədbirlər keçirilir

Gürcüstanın azərbaycanlı seçiciləri üçün maarifləndirici tədbirlər keçirilir
# 29 iyul 2017 18:19 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində azərbaycanlılar üçün cari ilin oktyabrında yerli idarəetmə orqanlarına seçkilərlə bağlı maarifləndirici tədbir keçirilib.

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri magistri Əli Bədirovun APA-nın yerli bürosuna verdiyi məlumata əsasən, Mülki məşğulluq mərkəzində keçirilmiş tədbirdə Rustavi və Qardabanidən olan azərbaycanlı seçicilər iştirak edib.

Onun sözlərinə görə, tədbir ABŞ-ın USAİD təşkilatının dəstəyi ilə “Seçkilərin media mərkəzi” layihəsi çərçivəsində baş tutub.

“Maarifləndirici tədbirlərin keçirilməsində məqsəd milli azlıqları seçki hüququ, seçki prosesi və səsvermə qaydaları barədə məlumatlandırmaqdır. Anoloji tədbir artıq Marneulidə keçirilib. Növbəti belə tədbirin Telavidə təşkil olunması nəzərdə tutulur”,- deyə Ə. Bədirov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR