ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2017 02:04 (UTC +04:00)

ABŞ-ın Arizona ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Fox News telekanalı məlumat verib.

Bundan əvvəl bir nəfərin öldüyü bildirilirdi. İnsident Tuson şəhərinin beynəlxalq hava limanında baş verib. Havaya qalxdıqdan sonra dərhal yerə çırpılan təyyarə yanıb.

Qəzanın səbəbləri araşdırılır.

***

01:32

ABŞ-ın Tuson şəhərində (Arizona ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Fox News telekanalı məlumat verib.

Məlumata əsasən, qəza nəticəsində azı 1 nəfər ölüb. İnsidentin Tuson beynəlxalq hava limanında qeydə alındığı bildirilir. Yerə çırpılandan sonra təyyarə yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR