Millət vəkili Novruz Aslanov İsmayıllıda hesabat yığıncağında iştirak edib

Millət vəkili Novruz Aslanov İsmayıllıda hesabat yığıncağında iştirak edib
# 28 fevral 2017 07:35 (UTC +04:00)

Millət vəkili Novruz Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, yığıncaq öncəsi ümummilli lider Heydər Əliyevin İsmayıllının mərkəzi meydanındakı abidəsi rayon rəhbərliyi və qonaqlar tərəfindən ziyarət olunub. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, millət vəkili Tahir Kərimli, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin rəhbərləri, iş adamları, ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər. İştirakçılar rayonun sənaye və kənd təsərrüfatı potensialını əks etdirən sərgi ilə tanış olublar.

Novruz Aslanov çıxışında 2016-cı ildə əldə olunan nailiyyətlərdən, həmçinin dünyada baş verən iqtisadi böhrandan və onun Azərbaycana təsirindən söhbət açıb, buna baxmayaraq dövlət tərəfindən bütün lazımi addımların atıldığını və xüsusilə sosial islahatların davamlı olduğunu iştirakçıların diqqətinə çatdırıb. Deputat bu istiqamətdə prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, qəbul olunmuş və ya düzəlişlər edilmiş qanunlar barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR