Rusiyada həbs edilərək Azərbaycana verilən şəxslə bağlı hökm qüvvədə saxlanıb

Rusiyada həbs edilərək Azərbaycana verilən şəxslə bağlı hökm qüvvədə saxlanıb
# 20 oktyabr 2016 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hökm elan edilib.

Qərara əsasən, E. Həsənov barəsində olan hökm qüvvədə saxlanıb.

Qeyd edək ki, Elşən Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR