Ukrayna prezidenti Böyük Britaniyaya səfər edəcək

Ukrayna prezidenti Böyük Britaniyaya səfər edəcək
# 02 mart 2017 00:35 (UTC +04:00)

Ukrayna prezidenti Petro Poroşenko yaxın zamanlarda Böyük Britaniyaya səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Martın 1-də P.Poroşenko Böyük Britaniya və Polşanın xarici işlər nazirləri Boris Conson və Vitold Vaşşikovski ilə görüşüb.

Danışıqlar zamanı Donbasda vəziyyət, Rusiyaya qarşı sanksiyalar və Avropa İttifaqı ilə vizasız rejimin tətbiq edilməsi məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR