AMB bugünkü hərracda 500 mln. manata yaxın vəsait cəlb edib

AMB bugünkü hərracda 500 mln. manata yaxın vəsait cəlb edib
# 05 sentyabr 2017 09:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 498,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR