Saakaşvili: Ukraynanın taleyi Odessada həll olunur

Saakaşvili: Ukraynanın taleyi Odessada həll olunur
# 15 iyul 2015 21:49 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə o “BBC”yə müsahibəsində bildirib.

“Söhbət başqa ölkədən, başqa vilayətdən, başqa dövrandan getmir. Əslində uğrunda mübarizə apardığım, arzu etdiyim hər şey hazırda məhz Ukraynada həll olunur. Ukraynanın taleyi də, öz növbəsində, məhz Odessada həll olunur, çünki məhz burada, ölkənin şərqində olduğu kimi, mühüm hadisələr baş verir. Və nəhayət, bu Ukraynanın ən böyük vilayətlərindən biridir”, deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, qeyri-adi dövranımız qeyri-adi qərarlar tələb edir. Prezident Poroşenko və mən buna getdik”, deyə o bildirib.

Bundan əvvəl Saakaşvilinin Odessa vilayət administrasiyasının məmur heyətinin bir hissəsini istefaya göndərəcəyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR