Tovuz sakini həmkəndlisi tərəfindən döyülüb

Tovuz sakini həmkəndlisi tərəfindən döyülüb
# 07 iyul 2017 22:39 (UTC +04:00)

Tovuzda döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1987-ci il təvəllüdlü Həmzəyev Müşviq Şahvələd oğlu müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, M. Həmzəyev həmkəndlisi tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR